| | az | en | ru
XƏBƏRLƏR
22.02.2017
Gəmiçilik növbəti Təqaüd Proqramını elan edir ...
20.02.2017
“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir ...
17.02.2017
Dəniz nəqliyyatı ilə daşımalar artıb ...
Xəbərlərin arxivi

NARKOTİK VASİTƏLƏRƏ, SPİRTLİ İÇKİLƏRƏ VƏ QUMAR OYUNLARINA DAİR SİYASƏT

(ISM: Maddələr 1.2.1 – 1.2.2 – 1.2.3)
(ISO 14001:2004: Maddələr 4.4.1 – 4.4.2) (OCİMF qaydaları)


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (mətndə Cəmiyyət) narkotik vasitələr, spirtli içkilər və qumar oyunları üzrə Siyasəti bütün ərazilərinə, gəmilərinə, işçilərinə və heyət üzvlərinə şamil olunur. Qanunla icazə verilən halda, Cəmiyyət narkotik vasitələrdən və spirtli içkilərdən istifadə yönümündə yoxlama hüququna malikdir. Dəniz/quru Mərhələ 1/2. Ref: SMS / TİS 2.01 §8.2 & SMS/TİS 1.01 §2.2

NARKOTİK VASİTƏLƏR
Hətta, məzuniyyətdə olan işçilər və heyət üzvləri tərəfindən gəmilərdə/limanlarda, ümumiyyətlə Cəmiyyətin bütün ərazilərində qanuni dərman preparatlarının xüsusi nəzarətsiz qəbulu, icazə verilməmiş narkotik vasitələrin istifadəsi, saxlanılması, paylanılması və satışı QADAĞANDIR.

Qeyri-qanuni narkotik vasitələrin istifadəçiləri və ya yaxın zamanlaradək narkotik maddələrdən istifadə etmələrinə dair məlumatlar olan, habelə reseptlə buraxılan dərman preparatlarından istifadə qaydalarını pozan şəxslər işə götürülməməlidir. Narkotik Vasitələr Siyasətini pozan hər hansı bir işçi aşkar edilərsə, O, DƏRHAL İŞDƏN AZAD EDİLƏCƏK VƏ HÜQUQİ MÜSTƏVİDƏ ÖLÇÜ GÖTÜRÜLMƏSİ ÜÇÜN MÜVAFİQ ORQANLARA TƏHVİL VERİLƏCƏK.

SPİRTLİ İÇKİLƏR

Dənizçilərin işinin spesifikasını nəzərə alıb, Cəmiyyətin bütün gəmilərində heyət üzvləri və sərnişinlər üçün spirtli içkilərin qəbulu QƏTİ QADAĞANDIR. Heç bir səbəbə görə Cəmiyyətin gəmilərində və sahil obyektlərində spirtli içkilərdən istifadəyə İCAZƏ VERİLMİR.

QUMAR OYUNLARI
İşçilər arasında mübahisələrin yaranmasına və bunula da iş prosesinin ahəngdarlığının pozulmasına səbəb ola biləcəyindən bütün qumar oyunları QADAĞANDIR.

CƏMİYYƏTİN RƏHBƏRLİYİ YUXARIDA QEYD OLUNAN QAYDA VƏ TƏLƏBLƏRİ POZAN ŞƏXSLƏRƏ QARŞI İNZİBATİ TƏDBİRLƏR GÖRƏCƏKDİR.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az