| | az | en | ru
XƏBƏRLƏR
28.02.2017
Gəmiçiliyin nümayəndəsi Pekində “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumunda təqdimatla...
24.02.2017
İtaliyalı iş adamları Gəmiçilikdə ...
24.02.2017
Hər bir gəmiçi dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmalıdır ...
Xəbərlərin arxivi

Zamiq Ömər oğlu İsmayılov - Sədrin birinci müavini
 

Zamiq Ömər oğlu İsmayılov 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı Dəniz Yolları Məktəbini texnik-gəmi sürücüsü ixtisası üzrə bitirmişdir. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya (beynəlxalq ticarət) ixtisası üzrə bakalavr, 2011-2012-ci illərdə Dünya Dənizçilik Universitetinin Gəmiçilik və liman idarəçiliyi fakültəsini bitirərək magistr ali elmi-ixtisas dərəcəsi almışdır.

 

Əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlamışdır. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez  Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışmışdır.

 

2013-cü ildən London Gəmi Brokerləri İnstitutunun üzvüdür.  

 

Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilmişdir.

 

Evlidir, 3 övladı var.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az