| | az | en | ru
XƏBƏRLƏR
26.05.2017
Dənizçilər könüllü qan veriblər ...
23.05.2017
Rusiyaya məxsus torpaqsoran gəmi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunur ...
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
Xəbərlərin arxivi

Cəlal Həsənağa oğlu Fərəcli - Sədrin iqtisadi məsələlər üzrə müavini

Cəlal Həsənağa oğlu Fərəcli 1967-ci ildə Yardımlı rayonunun Ləzran kəndində anadan olmuşdur. 1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

 

1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də mühasib, iqtisadçı vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə N.Nərimanov adına NQÇİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə “Bulla-Dəniz“ NQÇİ-də baş mühasib, 1995-2008-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsində baş mühasib, İqtisadiyyat və uçot departamentinin rəisi, 2008-2014-cü illərdə “Azneft” İB-in İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilmişdir.


İqtisad üzrə fəlsəfə doktorudur.

 

Evlidir, 3 övladı var.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az