| | az | en | ru
XƏBƏRLƏR
19.01.2017
20 Yanvar tariximizin şərəf və qəhrəmanliq səhifəsidir ...
17.01.2017
Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib ...
12.01.2017
“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi sahilə yan almaq üzrədir ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
18.01.2016
Dənizçilərin fədakarlığı qiymətləndirilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin alyans tərəfdaşı olan “BUE Caspian Ltd” şirkəti “Günəşli” yatağındakı 10 №-li platformada qəza zamanı fədakarlıq göstərmiş dənizçiləri mükafatlandırıb. Bu münasibətlə keçirilən mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “BUE Caspian Ltd” şirkətinin daxil olduğu “Topaz Energy and Marine” şirkətlər qrupunun icraçı direktoru Rene Kofod-Olsen də iştirak ediblər.

ətraflı...
15.01.2016
Ukrayna Transxəzər marşrutuna qoşuldu

Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) Avropadan Çinə qədər bir çox ölkələr maraq göstərir. 

ətraflı...
12.01.2016
Şimal-Cənub dəhlizi diqqət mərkəzindədir

Yanvarın 12-də Bakıda “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum-dialoq keçirilib. 

ətraflı...
11.01.2016
Gəmiçiliyə beynəlxalq sertifikat təqdim edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində İSO beynəlxalq idarəetmə standartlarının tətbiqi və uyğunluq sertifikatlarının alınması istiqamətində atılan addımlar öz əməli nəticələrini verməkdədir.

ətraflı...
08.01.2016
Yük maşınlarının daşınması artmışdır

 

2015-ci ilin dekabr ayında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınmışdır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı. Bu da 10 dəfədən çox artım deməkdir.

ətraflı...
30.12.2015
Bayram təbriki

Əziz həmkarlar!

 

Sizi qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, firavan həyat, səadət, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

ətraflı...
29.12.2015
Soydaşlarımıza bayram sovqatı göndərilib

Hər bayramda məcburi köçkün soydaşlarımızı yada salmaq, onlara bayram sovqatı göndərmək illərdir ki, bir ənənəyə çevrilmişdir. 

ətraflı...
27.12.2015
Aktauda sıxlıq aradan qaldırıldı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin ehtiyatda olan bərələrin istismara qaytarılması barədə qərarı real nəticələrini verməkdədir. Belə ki, son günlərdə Qazaxıstanın Aktau limanında yığılan yük avtomobillərinin hamısı gəmilərimizlə Bakıya gətirilmişdir. Dekabrın 27-nə olan məlumata görə, hazırda Aktauda cəmi 8 yük maşını var ki, onlar da növbəti bərə ilə yola salınacaqlar.

ətraflı...
25.12.2015
Daha bir bərə gəmisi istismarda

Xəbər verdiyimiz kimi, dekabr ayının əvvəlindən Bakı və Aktau limanlarında avtomobil daşımaları ilə bağlı yaranan sıxlığı nəzərə alaraq, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi istismar ehtiyatında olan

ətraflı...
24.12.2015
Treninqlər yekunlaşmaq üzrədir

Ernst & Young Akademiyasının “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər işçiləri üçün keçirdiyi treninqlər yekunlaşmaq üzrədir. Dekabrın 24-də həmin silsilədən sonuncu treninq başlanıb. 

ətraflı...
22.12.2015
İstismarda olan bərələrin sayı artırılır

Türkiyədən Orta Asiya istiqamətində tranzit hərəkət edən yük avtomobillərinin Xəzərdən daşınmasını sürətləndirmək məqsədilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

ətraflı...
21.12.2015
AXDG Davamlı İnkişaf haqqında hesabat hazırlayır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə “Ernst & Young” beynəlxalq audit şirkəti arasında 2014-2015-ci illər üçün AXDG-nin Davamlı İnkişaf haqqında hesabatının auditinin keçirilməsi haqqında müqavilə imzalanıb.

ətraflı...
13.12.2015
Türkiyədən Orta Asiyaya hərəkət edən yük maşınları üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması AXDG-nin daim diqqət mərkəzindədir

Türkiyədən Orta Asiya, xüsusilə də Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarının icrası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) tərəfindən ciddi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinə daxil olan AXDG Azərbaycan ərazisindən tranzitlə keçən yüklər üçün bir pəncərə sisteminin yaradılması, vahid və endirimli yükdaşıma tariflərinin tətbiq edilməsi və keçid prosedurlarının sadələşdirilməsi istiqamətində müvafiq qurumlar ilə birgə işləyir.

ətraflı...
11.12.2015
Ulu Öndərin əziz xatirəsi yad edildi

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi respublikamızın bütün əmək kollektivləri ilə bərabər, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində də ehtiramla yad edilib.

ətraflı...
07.12.2015
Axtarış və yanğınsöndürmə əməliyyatı davam edir

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə kəskin hava şəraitinə görə başlamış yanğın barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik rəhbərliyinin və aidiyyəti mütəxəssislərin iştirakı ilə Böhran Qrupu toplanmışdır. Qəza yerində olan zərərçəkənlərin xilas edilməsi məqsədilə Böhran Qrupu müvafiq təyinatlı gəmilərin hadisə yerinə göndərilməsi barədə qərar qəbul etmişdir. Gəmiçiliyin “Lənkəran”, “Samir Quliyev”, “Avior”, texniki istismarı AXDG-də, idarəolunması FHN-də olan “Vixr-5” və “Vixr-8” gəmiləri 10 saylı stasionar dərin dəniz özülünün yerləşdiyi sahəyə dərhal mobilizasiya edilmişlər.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9   10    11    12    13    14    15    16    17  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az