| | az | en | ru
XƏBƏRLƏR
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
19.05.2017
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb ...
18.05.2017
Dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS nümayəndələri Gəmiçilikdə ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
08.11.2016
Gəmiçiliyə daha bir beynəlxalq sertifikat təqdim edildi

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan “Amerika Gəmiçilik Bürosu”nun (ABS) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də keçirdiyi illik audit yekunlaşıb. Oktyabrın 31-dən başlayan audit nəticəsində keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair Gəmiçilikdə tətbiq edilən İnteqrasiya olunmuş İdarəetmə Sisteminin (İİS) İSO beynəlxalq idarəetmə standartlarına uyğunluğu müvafiq sertifikatla təsdiq olunub. Yeni sertifikatla İnteqrasiya olunmuş İdarəetmə Sisteminin tanker, quruyük daşıyan və Ro-Ro tipli gəmilərlə yanaşı, yedək-təchizat və kran gəmilərində də tətbiqi təsdiqlənib.

ətraflı...
07.11.2016
Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir

”Baltik və Beynəlxalq Dəniz Şurası” (BİMCO) Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb. Məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədə  yeniliklərlə tanış etməkdir.

ətraflı...
03.11.2016
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir

2016-cı ilin 31 oktyabrından başlayaraq nüfuzlu təsnifat və sertifikatlaşdırma qürumu olan “Amerika Gəmiçilik Bürosu”  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq auditə start verib.

ətraflı...
02.11.2016
ADDA Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edildi

25-29 oktyabr tarixlərində Vyetnamın Hayfonq şəhərində Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının illik konfransı keçirilib. Bu konfrans Assosiasiyaya üzv olan 60 dənizçilik ali təhsil müəssisəsinin ekspertlərini və rəsmi nümayəndələrini bir araya toplayıb.

ətraflı...
26.10.2016
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 unikal gəmi-bərə sifariş etdi

Oktyabrın 26-da Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə 2 ədəd unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilmişdir.

ətraflı...
24.10.2016
Xorvatiyalı qonaqlarla görüş

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbayacanda rəsmi səfərdədir. Prezidentin geniş nümayəndə heyətində Xorvatiya Gəmiqayırma Sənayesindən də nümayəndələr təmsil olunub.  Nümayəndə heyətinə daxil olan “J.E.K” MMC-nin direktoru Yosip Etoroviç və “ULYANİK” şirkətinin nümayəndəsi Alen Cukon bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüblər. 

ətraflı...
21.10.2016
“Şahdağ” gəmisi yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yükdaşımalara cəlb ediləcək

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb.

ətraflı...
11.10.2016
Gəmiçiliyin rəhbəri BP-nin vitse-prezidenti ilə görüşüb

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev BP şirkətinin logistika və infrastruktur məsələləri üzrə vitse-prezidenti Con Milnlə görüşüb.

ətraflı...
10.10.2016
Yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi imkanları müzakirə edilib.

Bu gün, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev İran İslam Respublikasının “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə ilə görüşüb.

ətraflı...
07.10.2016
Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib

Bu gün Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin növbəti iclası keçirilib.

ətraflı...
06.10.2016
“Qızılgül bağı” Bakı sakinlərinin istifadəsinə verildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair imzaladığı müvafiq proqramlara və tədbirlər planına uyğun olaraq qədim və zəngin tarixə malik Bakı şəhərinin abadlaşdırılması, müasir simasının möhtəşəmliyi, sosial-iqtisadi yüksəlişi sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Son illər görülən nəhəng işlər sayəsində müasir meqapolisə, bağlar, parklar, bulvarlar şəhərinə çevrilən Bakı artıq dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilir.

ətraflı...
30.09.2016
Gəmiçiliyin Türkiyə Respublikasındakı nümayəndəliyinin hesabatı

Sentyabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin rəhbərliyi ilə keçirilən yığıncaqda Gəmiçiliyin Türkiyə Respublikasındakı (İstanbul) nümayəndəliyinin cari ildə gördüyü işlər barədə hesabatı dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

ətraflı...
29.09.2016
Gəmiçilik sahəsində əməkdaşlıq perspektivləri yüksək dəyərləndirilib

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılovun rəhbərliyi ilə Yaxt klubda Polşa inkişaf nazirinin müavini Radoslav Dormagalski-Labentski və Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüş keçirilib.

ətraflı...
27.09.2016
Dənizçilər neftçilərlə birgə çalışırlar

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 19-cu stasionar dərin dəniz özülündə 71 saylı quyuda təmir işləri aparılarkən baş verən qaz təzahürü barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür.

ətraflı...
23.09.2016
Referenduma hazırlıq işləri tamamlanıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində 26 sentyabr referendumuna hazırlıq işləri tamamlanıb. Xəzərdə və xarici sularda üzən dənizçilərin səsvermə hüquqlarının təmin edilməsi məqsədilə Gəmiçilikdə 29 nömrəli Səbail seçki dairəsinin 35 nömrəli seçki məntəqəsi yaradılıb. Məntəqədə Gəmiçilk tərəfindən bütün zəruri şərait təşkil edilib, o cümlədən nəqliyyat, rabitə, kompüter təminatı və s. məsələlər müvafiq normativ üzrə yüksək səviyyədə öz həllini tapıb.

ətraflı...
 1    2    3    4    5    6    7    8   9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az