| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
02.07.2018
Ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür

Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (Cəmiyyət) üçün əsas davamlı inkişaf meyarlarından biridir. AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan      neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

ətraflı...
25.06.2018
Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd etdilər

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur.

ətraflı...
24.06.2018
Peşə bayramınız mübarək olsun!

 

Sizi peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

ətraflı...
23.06.2018
Prezident İlham Əliyev bir qrup dənizçinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb

 

 

ətraflı...
14.06.2018
Bayramlarınız mübarək olsun!

 

Sizi Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri ilə xalqımızın tarixinə şanlı səhifə - yeni dövrün başlanğıcı kimi daxil olan və müstəqilliyimizin sarsılmazlığını təmin edən 15 İyun - Milli Qurtuluş Günü və əzəməti hüdudsuz olan mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət,  müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi  naminə  şərəfli işinizdə uğurlar arzulayıram.

ətraflı...
11.06.2018
AXDG “TransCaspian/Translogistica 2018” sərgisində iştirak edir

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı Ekspo Mərkəzində keçirilən  XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica 2018”) sərgisində öz stendi ilə iştirak edir.

ətraflı...
07.06.2018
Gəmiçiliyin Yunanıstanda nümayəndəliyi fəaliyyətə başlayıb

 

2014-cü ildə uzun fasilədən sonra Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin tapşırığına əsasən xarici sulardakı fəaliyyətini bərpa edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu istiqamətdə ardıcıl və effektiv addımlar atır. 

ətraflı...
05.06.2018
25-ci “Poseydoniya-2018” sərgisində Gəmiçiliyin stendinə maraq böyükdür

Yunanıstanın paytaxtı Afinadakı “Metropolitan Expo” mərkəzində dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan 25-ci “Poseydoniya-2018” öz işinə başlayıb.

ətraflı...
04.06.2018
“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.

 

ətraflı...
30.05.2018
Gəmiçiliyin stendi qarşısında ayaq saxlayan ziyarətçilər az deyil

 

“Bakı Ekspo Mərkəzi”ndə 25-ci Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas 2018) sərgisi keçirilir. Əsas istiqamətləri neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. olan sərgiyə 300-dən çox şirkət qatılıb.

ətraflı...
22.05.2018
Gəmiçiliyin əməkdaşları “Columbia Shipmanagement Ltd”-nin gəmilərində təcrübə keçəcəklər

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə dünyanın müxtəlif aparıcı gəmiçilik şirkətləri və universitetləri ilə əməkdaşlıq edilir. 

ətraflı...
21.05.2018
Gəmiçiliyin maliyyə hesabatı müsbət rəy alıb

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  2017-ci il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub. Auditi dünyanın dörd ən nüfuzlu şirkəti siyahısında yer alan EY (“Ernst & Young”) aparıb.

ətraflı...
17.05.2018
Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edilib

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC donanmalarının müasir gəmilərlə yenilənməsinə hər zaman xüsusi diqqət yetirir. Məhz, bunun nəticəsidir ki, hazırda Gəmiçilik Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.

ətraflı...
12.05.2018
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik - 160”, “Mənim Xəzərim”,“Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsini elan edir.

ətraflı...
12.05.2018
AXDG-də iməcilik keçirilib

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparatında və Cəmiyyətin  tabeliyində olan strukturlarda Ümummilli  lider  Heydər Əliyevin anadan  olmasının  95-ci ildönümü ilə əlaqədar iməcilik keçirilib.

ətraflı...
 1    2    3   4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər