| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
16.07.2015
RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Əziz dənizçilər!

 

Sizi xeyirxahlığın, bərabərliyin rəmzi olan, insanların qəlbini mərhəmət seli ilə nurlandıran mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq, ruzi-bərəkət, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə şərəfli işinizdə uğurlar arzulayıram.

ətraflı...
07.07.2015
AXDG-nin sədri Rauf Vəliyev Rusiyada keçirilən Beynəlxalq konfransda iştirak edib

Beynəlxalq Dəniz Təşkilatının elan etdiyi dəniz təhsili ili çərçivəsində Rusiyanın Sankt-Peterburq şəhərində Admiral S.O.Makarov  adına  Dəniz və Çay Donanması Universitetində “Dəniz təhsili: XXI əsrin çağırışları və tendensiyaları” adlı Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

ətraflı...
06.07.2015
AXDG-də daxili audit üzrə beynəlxalq treninqlər keçirilir

Gəmiçilikdə beynəlxalq standartların tətbiqi, işçilərin peşəkarlığının artırılması üçün bütün zəruri tədbirlər görülür. Vaxtaşırı təşkil olunan treninqlər də bu məqsədə xidmət edir.

ətraflı...
25.06.2015
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibətilə təbrik edib

Təbrikdə deyilir:

 

Hörmətli dənizçilər!

Xalqımız çətin və şərəfli peşə sahibi, təbiət etibarı ilə  mərd və dözümlü dənizçilərə həmişə ehtiramla yanaşmış, onların fədakar əməyini yüksək qiymətləndirmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müvafiq  Sərəncamları ilə  25 iyun - “Dənizçi günü” peşə bayramının təsis edilməsi də,  bir qrup dəniz nəqliyyatı işçisinin Vətənin yüksək mükafatlarına  layiq görülməsi də  dənizçilərin fədakar əməyinin həm də dövlət tərəfindən layiqincə qiymətləndirilməsinin bariz nümunəsidir.

ətraflı...
25.06.2015
Dənizçilər peşə bayramlarını qeyd edirlər

Artıq ikinci ildir ki, dənizçilər iyunun 25-ni Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş peşə bayramı günü kimi qeyd edirlər.

ətraflı...
02.06.2015
AXDG XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir (Caspian Oil & Gas 2015)

Bu gün “Bakı Ekspo Mərkəzi”ndə 22-ci Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas 2015) sərgisi açılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Iteca Caspian” və onun britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı və Azərbaycan dövlətinin hərtərəfli dəstəyi ilə keçirilən sərginin açılışında iştirak ediblər. Dövlət başçısı açılış mərasimində nitq söyləyib. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi iştirakçılarının stendləri ilə tanış olublar.

ətraflı...
01.06.2015
AXDG-dən uşaqlara dəniz gəzintisi hədiyyəsi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə aztəminatlı ailələrin uşaqları üçün dəniz gəzintisi təşkil edib. Tədbirdə Səbail rayonunun orta məktəblərində təhsil alan şagirdlər, məktəbəqədər müəssisələrində böyüyən körpələr, fiziki qüsurlu uşaqlar, Xətai rayonundakı SOS uşaq kəndinin sakinləri iştirak ediblər.

ətraflı...
12.05.2015
AXDG “TransCaspian 2015” sərgisində iştirak edir

Bu gün Bakı Expo mərkəzində 14-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian 2015”) sərgisi açılıb.

ətraflı...
06.05.2015
“Cabbar Həşimov” tankerində təlim-məşq keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin yanğından mühafizə üzrə biliyini yüksəltmək, ekstremal şəraitdə fiziki və psixoloji dözümlülüyünü artırmaq, onlara fövqəladə halların nəticələrini aradan qaldırmaq  vərdişlərini aşılamaq məqsədilə mütəmadi olaraq  təlim-məşqlər keçirilir.

ətraflı...
06.05.2015
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans işə başlayıb

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatında innovativ texnologiyalar” mövzusunda X Bey­nəl­xalq Elmi-texniki konfrans öz işinə başlayıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin iştirakı ilə keçirilən və iki gün davam edəcək tədbirə xarici və yerli ali təhsil ocaqlarının nümayəndələri də qatılıb.

ətraflı...
02.05.2015
Dənizçilər ağac əkir

Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində “Dənizçilər ağac əkir!” şüarı altında ağacəkmə aksiyası keçirildi. Gəmiçiliyin bütün müəssisə və təşkilatlarında keçirilən bu aksiyada yüzlərlə əməkdaşı, eləcədə Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbələri iştirak edirdilər.

ətraflı...
23.04.2015
“Teymur Əhmədov” səfərini davam etdirir

Bu gün AXDG-nin “Teymur Əhmədov” gəmisi Xəzər dənizinə çıxaraq təyinat limanına istiqamət götürüb.

ətraflı...
20.04.2015
Gəmiçilikdə beynəlxalq standartlar üzrə treninqlər keçirilir

Gəmiçiliyin beynəlxalq standartlara cavab verən bir şirkətə çevrilməsi üçün qurumun əməkdaşlarına treninqlər keçilir. Treninqlər indiyədək 30 mindən artıq dinləyiciyə təcrübələrinin artırılmasında yardımçı olan Amerika Gəmiçilik Bürosunun nümayəndəsi tərəfindən aparılır.

ətraflı...
18.04.2015
AXDG iməcilik keçirdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı  Səhmdar Cəmiyyəti ətraf mühitin mühafizəsi və insanların sağlam şəraitdə çalışmasını təmin etmək məqsədi ilə  “BİBİHEYBƏT” Gəmi Təmiri Zavodunun ərazisində iməcilik keçirdi. Cəmiyyətin sədri Rauf Vəliyev başda olmaqla iməcilikdə qurumun rəhbər işçiləri,  zavodun kollektivi və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri iştirak etdilər. İməcilikdə  zavodun ərazisində abadlıq, təmizlik işləri görüldü, ağac və bəzək kolları əkildi. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verən belə aksiyaların mütəmadi  keçirilməsi qərara alınıb.

ətraflı...
17.04.2015
Yedəkləmə əməliyyatı uğurla başa çatdırıldı

Bir aylıq hazırlıq işlərindən və hava şəraiti sabitləşəndən sonra  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi növbəti ugurlu yedək əməliyyatını həyata keçirdi. Belə ki, Sinqapurun  “Ezion Exerter Limited” şirkətinə məxsus, çəkisi 12 min ton, hündürlüyü 130 metr olan yarımdalma qurğusu bu gün səhər saat 6-da Cəmiyyətin 5 gəmisi ilə yedəyə alındı. Texniki baxımdan çox mürəkkəb olan əməliyyat zamanı  buruq  Bakı buxtasından çıxarılaraq “Andoga” və “Om” əsas yedək gəmiləri vasitəsi ilə peşəkarlıqla təyin olunan koordinatlara çatdırıldı. Əməliyyat zamanı daha 3 liman yedək  gəmisinin  köməyindən istifadə edildi. Hazırda yarımdalma qurğusunun tənzimlənməsi işləri aparılır.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29   30    31    32    33  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər