| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
18.11.2015
Gəmiçilik ekologiya sərgisində iştirak edir

Bu gün Bakı Ekspo Mərkəzində “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Beynəlxalq Ətraf Mühit (“CTE 2015”) sərgisi açılıb. Sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkətidir.

ətraflı...
16.11.2015
Gəmiçiliyin beynəlxalq əlaqələri genişlənir

 

Gəmiçiliyin nümayəndə heyəti Həştərxanda “LUKOYL-Nijnevoljskneft” şirkətinin rəhbərliyi ilə görüşüb. Görüşdə iqtisadi əməkdaşlıqla bağlı bir sıra məsələlər, o cümlədən bu şirkətə məxsus maye yüklərin Gəmişiliyin nəqliyyat gəmiləri ilə daşınması, Xəzərin şimal şelfindəki karbohidrogen yataqlarının işlənməsi və təminatı ilə əlaqədar layihələrdə AXDG-nin Xəzər Dəniz Neft Donanması gəmilərinin iştirakı müzakirə obyekti olub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Xəzərin Azərbaycan sektorunda gerçəkləşdirilən beynəlxalq layihələrdə Gəmiçiliyin müxtəlif təyinatlı gəmilərinin gördüyü işlər barədə ətraflı məlumat verib.

ətraflı...
16.11.2015
Həştərxanda Gəmiçiliyin nümayəndəliyi açılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində işgüzar səfərdədir. Səfər proqramında bir sıra görüşlərin və tədbirlərin, o cümlədən Həştərxanda Gəmiçiliyin nümayəndəliyinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulub.

ətraflı...
12.11.2015
“Mahmud Rəhimov” gəmisi əsaslı təmirdən çıxdı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmirçiləri Konstitusiya Gününü uğurla qeyd ediblər.

ətraflı...
07.11.2015
BAYRAM TƏBRİKİ

 

Hörmətli həmkarlar!

 

Sizi qarşıdan gələn əlamətdar bayramlar - 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, dənizdə və sahil təşkilatlarında çalışan hər bir Gəmiçilik işçisinə uzun ömür, möhkəm cansağlığı və  müvəffəqiyyətlər arzulayıram.

ətraflı...
06.11.2015
Dənizçilik təhsili sahəsində əməkdaşlıq genişlənir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri R.Vəliyevin dəvəti ilə Rusiyanın admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin rektoru, professor S.O.Barışnikov noyabrın 4-dən Bakıda səfərdədir. Dənizçilik təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı Kompleksi, paytaxtımızın məşhur muzeyləri və tarixi yerləri ilə tanışlıq da nəzərdə tutulub.

ətraflı...
03.11.2015
“Vixr-5” yanğınsöndürən gəmisinin təmiri sona çatıb

Bu il aprel ayının 2-dən cari təmirə dayanan “VİXR-5” gəmisi əvvəlcə doka qaldırılaraq, gövdəsi təmizlənib və rənglənib. 

ətraflı...
30.10.2015
Sərnişin gəmiləri tezliklə istismara qayıdacaq

Qarşıdakı payız-qış aylarında dəniz neftçilərinin iş yerlərinə rahat çatdırılması Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin önəmli vəzifələrindən biridir. Bu səbəbdən neftçilərə xidmət edən gəmilərin texniki vəziyyətinə xüsusi diqqət yetirilir.

ətraflı...
28.10.2015
"Azərbaycan” kran gəmisinin dok təmiri yekunlaşdı

Respublikamızın ən müasir sənaye müəssisələrindən olan Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan” kran gəmisinin dok təmiri başa çatıb.

ətraflı...
21.10.2015
Gəmiçilikdə qanvermə aksiyası

Oktyabrın 21-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də növbəti qanvermə aksiyası təşkil edilib.

ətraflı...
20.10.2015
ELAN

 

 

2015-ci il 19 oktyabr tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan “Səyyar dəniz balıq ovu” Açıq Səhmdar Cəmiyyəti və “Gəmi Təmiri” Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmiş və hər iki Səhmdar Cəmiyyəti üzrə icra orqanına və qanuni təmsilçiyə aid səlahiyyətlərin icrasının müvafiq şəxsə həvalə olunması ilə bağlı qərar qəbul olunmuşdur.

ətraflı...
16.10.2015
“Maestro Niyazi” ilk səfərini başa vurdu

“Maestro Niyazi” quru yük gəmisi Xəzərdənkənar hövzələrdə ilk səfərini uğurla başa vurub. Gəmi Rusiyanın Yeysk limanından Türkiyənin Samsun limanına 4600 ton taxıl yükü çatdırıb. Bu gün yükboşaltma əməliyyatı yekunlaşacaq. 

ətraflı...
14.10.2015
Koordinasiya Komitəsinin iclası keçirildi

Oktyabrın 13-də Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə Koordinasiya Komitəsinin iclası keçirildi. İclasda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dəmir yollarının, Bakı, Batumi və Aktau limanlarının, habelə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərləri iştirak edirdi.

ətraflı...
14.10.2015
Azərbaycan Dəmir Yolları – 135 il

Azərbaycan Dəmir Yolları özünün 135 illik yubileyini və peşə bayramını qeyd edir. Bu əlamətdar tarix münasibətilə oktyabrın 13-də Bakıda “Azərbaycan Respublikasının tranzit potensialının artırılması perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfransın işində Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, «Rusiya Dəmir Yolları» ASC-nin vitse-prezidenti Salman Babayev, «Qazaxıstan Dəmir Yolları» SC-nin prezidenti Askar Mamin, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Administrasiyasının baş direktoru Aleksandr Zavqorodniy iştirak ediblər.

ətraflı...
13.10.2015
“Balakən” istismara qayıdır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Balakən” bərəsinin cari təmiri sona çatıb.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26   27    28    29    30    31    32    33  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər