| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
05.09.2016
Elektron bilet sifarişi tətbiq edilir

Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutlarının cəlbediciliyinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarindan istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması istiqamətində ölkə rəhbərliyinin tapşırıqlarını və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının müvafiq qərarlarını rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC elektron bilet sifarişi ilə bağlı yeni xidmət təklif edir.

ətraflı...
05.09.2016
Gəmiçilik referenduma hazırlaşır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi – referendum keçiriləcək.

ətraflı...
01.09.2016
KSƏTƏMM və dəniz üzgüçülüyünün təhlükəsizliyi sahələrində hesabatlar

Avqustun 31-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin iştirakı ilə keçirilmiş iclasda Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (KSƏTƏMM) və Donanmanın Təhlükəsiz Üzmə Departamentlərinin 2016-cı ilin I yarımilliyində görülmüş işlərin yekunları barədə hesabatları dinlənilib.

ətraflı...
31.08.2016
“Şahdəniz Mərhələ 2” layihəsi üzrə əməkdaşlıq diqqət mərkəzindədir

Avqustun 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Şahdəniz Mərhələ 2 layihəsinin icrası ilə bağlı BP və Saipem şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. 

ətraflı...
31.08.2016
Dəniz Akademiyasının hesabatı dinlənildi

Avqustun 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin keçirdiyi yığıncaqda Azərbaycan Dövlət Dəniz Akademiyasının 2013-2016-cı illərdə tədrisin keyfiyyət göstəriciləri haqqında hesabatı dinlənilib.

ətraflı...
29.08.2016
Növbəti treninqlərə start verildi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlığı getdikcə davamlı xarakter alır. Bu əməkdaşlıq çərçivəsində avqustun 29-da növbəti beynəlxalq treninqlərə start verilib. 

ətraflı...
02.08.2016
Uşaqlara dəniz gəzintisi təşkil edildi

Avqustun 2-də Nəsimi rayonu orta məktəblərinin təhsildə və idmanda fərqlənən şagirdləri

ətraflı...
28.07.2016
Yüksək mükafatlar sahiblərinə təqdim edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Sərəncamları ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Gəmiçiliyin 9 işçisi “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 nəfər “Əməkdar mühəndis” fəxri adına, 2 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

ətraflı...
22.07.2016
Korporativ idarəetmə üzrə Hesabat təqdim edildi

İyunun 21-də “Ernst & Young” beynəlxalq audit şirkəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də korporativ idarəetmə sahəsində mövcud vəziyyətin diaqnostikasına dair Hesabatını təqdim edib. Bu layihənin məqsədi Gəmiçiliyin korporativ idarəetmə sisteminin aparıcı dünya təcrübəsinə uyğunlaşdırılması üçün təkmilləşdirilməsi və gücləndirilməsi, onun effektivliyinin artırılmasıdır.

ətraflı...
12.07.2016
Gəmiçiliyə Sertifikat təqdim olundu

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq miqyasda tanınmış şirkətlərlə əməkdaşlığı inkişaf etməkdədir. Bu sırada dünyanın ən nüfuzlu təsnifat cəmiyyətlərindən sayılan Amerika Gəmiçilik Bürosu (ABS) ilə iş birliyini xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, ABS şirkəti Gəmiçiliyə İSO-9001, İSO-14001, OHSAS-18001 və İSO-50001 üzrə 5 illik sertifikatlar verib. ABS Akademiyası isə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və fəaliyyətin beynəlxalq tələblərə uyğun qurulması məqsədilə mütəmadi treninqlər təşkil edir.

ətraflı...
05.07.2016
Bayramınız mübarək olsun!

 

Əziz dənizçilər!

      

Sizi böyük əxlaqi-mənəvi dəyərlərə söykənən, insanların qəlbini  mərhəmət və şəfqət duyğuları ilə nurlandıran mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir

ətraflı...
29.06.2016
Korporativ idarəetmə sistemi inkişafdadır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı vaxtdan qarşısında qoyulmuş əsas hədəflərdən biri beynəlxalq standartlara uyğun idarəetmə sisteminin yaradılması və inkişaf etdirilməsidir. Bu məqsədlə Gəmiçilikdə ardıcıl tədbirlər həyata keçirilir. Korporativ idarəetmə - bütün risklər nəzərə alınmaqla, şirkətin öz hədəflərinə biznes etikası normalarına riayət olunmaqla çatmaq üçün tətbiq etdiyi sistemdir.

ətraflı...
28.06.2016
Gəmiçilik rəhbərliyi gənclərə qayğı göstərir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Dəniz Akademiyasının təhsildə uğurlu nəticələri ilə fərqlənən məzunlarının işlə təmin olunmasına, karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə daim xüsusi diqqət yetirir. Regionda dənizçilik sahəsində yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin savadlı mütəxəssis kimi yetişməsi Gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır.

ətraflı...
28.06.2016
Gəmiçiliyin növbəti uğuru

 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Davamlı İnkişaf haqqında Hesabatı “Ernst & Young” şirkəti tərəfindən müstəqil auditdən keçərək, müsbət rəy alınmışdır. Gəmiçiliyin 2014-2015-ci illərdə iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini tapmışdır. AXDG-nin Davamlı İnkişaf haqqında Hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələbləri nəzərə alınaraq hazırlanmışdır. Bu proses 2015-ci ilin noyabrından başlanmış və sənəd 2016-cı ilin əvvəlində dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young”a təqdim edilmişdir.

ətraflı...
25.06.2016
25 iyun – Dənizçi günüdür

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 9 minlik kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunmuş 25 iyun – Dənizçi gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Peşə bayramına yeni əmək nailiyyətləri ilə gəlmək, görülmüş işləri və gələcək perspektivləri müzakirə etmək xoş bir ənənəyə çevrilib. Respublikamızda artıq 3-çü dəfə qeyd olunan bu Dənizçi günü də istisna deyil.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20   21    22    23    24    25    26    27    28    29    30    31    32    33  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər