| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
13.12.2016
Gəmiçilik və “Bureau Veritas”ın nümayəndələri əməkdaşlıq haqqında razılığa gəliblər

Dekabrın 13-də dünyanın aparıcı təsnifat cəmiyyətlərindən olan “Büro Veritas”ın (Bureau Veritas) Yaxın Şərq, Türkiyə və Xəzər dənizi üzrə nümayəndələri Paskal Poilliot, Ağasəf Hüseynov və Cafer Tekkan   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər. 

ətraflı...
13.12.2016
Yeni birgə müəssisə yaradıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu” birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər.

ətraflı...
10.12.2016
Dənizçilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Dekabrın 10-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti Ümummilli liderin anım günü ərəfəsində Heydər Əliyev Mərkəzini ziyarət ediblər. 

ətraflı...
06.12.2016
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları” SC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

Dekabrın 6-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub. 

 

 

ətraflı...
25.11.2016
Bakıda keçirilən biznes forumda beynəlxalq nəqliyyat dəhlizləri müzakirə olundu

Noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” mövzusunda biznes forum keçirilib.

ətraflı...
23.11.2016
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri beynəlxalq konfransda iştirak edib

Noyabrın 21-də Bakıda “Sahildə və Dənizdə Neft Dağılmaları” mövzusunda 4-cü beynəlxalq konfrans keçirilib.

ətraflı...
22.11.2016
Təcrübəli kapitanın Gəmiçilikdə təlimi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC əməkdaşlarının bilik və bacarıqlarının artırılması, o cümlədən beynəlxalq təcrübənin mənimsənilməsi üçün təlimlərin təşkilini davam etdirir. Məqsəd işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğun təşkil edilməsidir.

ətraflı...
18.11.2016
Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Noyabrın 18-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisi, “Gəncə” tankeri və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimi olub.

ətraflı...
16.11.2016
Gəmiçilik “Caspian Ecology 2016” sərgisində...

Bu gün Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2016” sərgisi açılıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA (International Dialogue for Environmental Action – Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəklədiyi sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

ətraflı...
10.11.2016
İranlı qonaqlarla görüş

Noyabrın 10-da İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.

ətraflı...
08.11.2016
Bayram təbriki

Əziz həmkarlar!

Sizi qarşıdan gələn əlamətdar  bayramlar -  9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, səadət və müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

ətraflı...
08.11.2016
Gəmiçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

“2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

ətraflı...
08.11.2016
Gəmiçiliyə daha bir beynəlxalq sertifikat təqdim edildi

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan “Amerika Gəmiçilik Bürosu”nun (ABS) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də keçirdiyi illik audit yekunlaşıb. Oktyabrın 31-dən başlayan audit nəticəsində keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair Gəmiçilikdə tətbiq edilən İnteqrasiya olunmuş İdarəetmə Sisteminin (İİS) İSO beynəlxalq idarəetmə standartlarına uyğunluğu müvafiq sertifikatla təsdiq olunub. Yeni sertifikatla İnteqrasiya olunmuş İdarəetmə Sisteminin tanker, quruyük daşıyan və Ro-Ro tipli gəmilərlə yanaşı, yedək-təchizat və kran gəmilərində də tətbiqi təsdiqlənib.

ətraflı...
07.11.2016
Beynəlxalq təşkilat Azərbaycan gəmiçilərinə təlim keçir

”Baltik və Beynəlxalq Dəniz Şurası” (BİMCO) Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb. Məqsəd gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədə  yeniliklərlə tanış etməkdir.

ətraflı...
03.11.2016
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində audit keçirilir

2016-cı ilin 31 oktyabrından başlayaraq nüfuzlu təsnifat və sertifikatlaşdırma qürumu olan “Amerika Gəmiçilik Bürosu”  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq auditə start verib.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18   19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər