| | az | en | ru
XƏBƏRLƏR
19.01.2017
20 Yanvar tariximizin şərəf və qəhrəmanliq səhifəsidir ...
17.01.2017
Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib ...
12.01.2017
“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi sahilə yan almaq üzrədir ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
01.06.2015
AXDG-dən uşaqlara dəniz gəzintisi hədiyyəsi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə aztəminatlı ailələrin uşaqları üçün dəniz gəzintisi təşkil edib. Tədbirdə Səbail rayonunun orta məktəblərində təhsil alan şagirdlər, məktəbəqədər müəssisələrində böyüyən körpələr, fiziki qüsurlu uşaqlar, Xətai rayonundakı SOS uşaq kəndinin sakinləri iştirak ediblər.

ətraflı...
12.05.2015
AXDG “TransCaspian 2015” sərgisində iştirak edir

Bu gün Bakı Expo mərkəzində 14-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransCaspian 2015”) sərgisi açılıb.

ətraflı...
06.05.2015
“Cabbar Həşimov” tankerində təlim-məşq keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin yanğından mühafizə üzrə biliyini yüksəltmək, ekstremal şəraitdə fiziki və psixoloji dözümlülüyünü artırmaq, onlara fövqəladə halların nəticələrini aradan qaldırmaq  vərdişlərini aşılamaq məqsədilə mütəmadi olaraq  təlim-məşqlər keçirilir.

ətraflı...
06.05.2015
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans işə başlayıb

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatında innovativ texnologiyalar” mövzusunda X Bey­nəl­xalq Elmi-texniki konfrans öz işinə başlayıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin iştirakı ilə keçirilən və iki gün davam edəcək tədbirə xarici və yerli ali təhsil ocaqlarının nümayəndələri də qatılıb.

ətraflı...
02.05.2015
Dənizçilər ağac əkir

Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində “Dənizçilər ağac əkir!” şüarı altında ağacəkmə aksiyası keçirildi. Gəmiçiliyin bütün müəssisə və təşkilatlarında keçirilən bu aksiyada yüzlərlə əməkdaşı, eləcədə Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbələri iştirak edirdilər.

ətraflı...
23.04.2015
“Teymur Əhmədov” səfərini davam etdirir

Bu gün AXDG-nin “Teymur Əhmədov” gəmisi Xəzər dənizinə çıxaraq təyinat limanına istiqamət götürüb.

ətraflı...
20.04.2015
Gəmiçilikdə beynəlxalq standartlar üzrə treninqlər keçirilir

Gəmiçiliyin beynəlxalq standartlara cavab verən bir şirkətə çevrilməsi üçün qurumun əməkdaşlarına treninqlər keçilir. Treninqlər indiyədək 30 mindən artıq dinləyiciyə təcrübələrinin artırılmasında yardımçı olan Amerika Gəmiçilik Bürosunun nümayəndəsi tərəfindən aparılır.

ətraflı...
18.04.2015
AXDG iməcilik keçirdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı  Səhmdar Cəmiyyəti ətraf mühitin mühafizəsi və insanların sağlam şəraitdə çalışmasını təmin etmək məqsədi ilə  “BİBİHEYBƏT” Gəmi Təmiri Zavodunun ərazisində iməcilik keçirdi. Cəmiyyətin sədri Rauf Vəliyev başda olmaqla iməcilikdə qurumun rəhbər işçiləri,  zavodun kollektivi və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri iştirak etdilər. İməcilikdə  zavodun ərazisində abadlıq, təmizlik işləri görüldü, ağac və bəzək kolları əkildi. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verən belə aksiyaların mütəmadi  keçirilməsi qərara alınıb.

ətraflı...
17.04.2015
Yedəkləmə əməliyyatı uğurla başa çatdırıldı

Bir aylıq hazırlıq işlərindən və hava şəraiti sabitləşəndən sonra  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi növbəti ugurlu yedək əməliyyatını həyata keçirdi. Belə ki, Sinqapurun  “Ezion Exerter Limited” şirkətinə məxsus, çəkisi 12 min ton, hündürlüyü 130 metr olan yarımdalma qurğusu bu gün səhər saat 6-da Cəmiyyətin 5 gəmisi ilə yedəyə alındı. Texniki baxımdan çox mürəkkəb olan əməliyyat zamanı  buruq  Bakı buxtasından çıxarılaraq “Andoga” və “Om” əsas yedək gəmiləri vasitəsi ilə peşəkarlıqla təyin olunan koordinatlara çatdırıldı. Əməliyyat zamanı daha 3 liman yedək  gəmisinin  köməyindən istifadə edildi. Hazırda yarımdalma qurğusunun tənzimlənməsi işləri aparılır.

ətraflı...
15.04.2015
Türkiyəli rəsmilər AXDG-nin nəqliyyat donanması ilə tanış olublar

Türkiyənin bir sıra nazirliklərini təmsil edən nümayəndə heyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Nəqliyyat Donanmasında olub. Səfərin əsas məqsədlərindən biri Xəzər dənizinin tranzit imkanlarının perspektivləri və buradan yük daşıyan Ro-Ro tipli gəmilərlə tanış olmaqdır.

ətraflı...
10.04.2015
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti 2014-cü ildəki fəaliyyətinə yekun vurdu

Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.

ətraflı...
05.04.2015
Saydan çıxarılan “Teymur Əhmədov” gəmisi lövbərdə kanalın dərinləşdirilməsini gözləyir

Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Teymur Əhmədov” quru yük gəmisi martın 31-də Həştərxan limanından çıxdıqdan sonra, Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması xidmətinin gəmidəki bələdçilərinin göstərişi ilə hərəkət zamanı Volqa-Xəzər kanalının 138.5-ci kilometrində saya oturmuşdu.

ətraflı...
02.04.2015
Gəmilərin keyfiyyətli təmirinə üstünlük verilir

Aprelin ilk günlərində “Qaradağ” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılmışdır. Bu, cari ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunda beynəlxalq standartlara uyğun təmir edilən sayca 14-cü gəmimizdir.

ətraflı...
01.04.2015
Elan

01.04.2015-ci il tarixindən Bakı-Aktau-Bakı xəttində avtonəqliyyat vasitələrinin daşınması üçün Ro-Ro gəmisi həftədə bir dəfə səfər edir.Avtonəqliyyat vasitələrinin sayı artdıqca səfərlərin də sayı müvafiq olaraq artırılacaqdır.

ətraflı...
01.04.2015
Gəmi zədə almamışdır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Teymur Əhmədov” gəmisi martın 31-də Həştərxan limanından çıxdıqdan sonra, Volqa-Xəzər kanalının 138.5-ci kilometrində Rusiyanın Gəmilərin hərəkətinin idarə olunması xidmətinin gəmidəki bələdçilərinin göstərişləri ilə hərəkət edən zaman saya oturmuşdur. Gəminin saya oturmasına səbəb güclü şərq küləyinin təsiri altında suyun çəkilməsi və kanalın qumla dolması olmuşdur. Bundan başqa, adıçəkilən xidmətin gəmiyə verdiyi keçid dərinlikləri faktiki dərinliklərə uyğun olmamışdır.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14   15    16    17  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az