| | az | en | ru
XƏBƏRLƏR
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
19.05.2017
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb ...
18.05.2017
Dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS nümayəndələri Gəmiçilikdə ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
04.02.2016
Əməkdaşlıq perspektivləri müzakirə edilir

Bakıda işgüzar səfərdə olan Odessa Dəniz Mühəndis Bürosunun baş direktoru Gennadi Yeqorov və baş konstruktoru Valeri Tonyuk bu gün Bakı Gəmiqayırma Zavodunda olublar, müəssisənin texniki imkanları ilə maraqlanıblar.

ətraflı...
03.02.2016
Dəniz Akademiyasında açıq mühazirə

Ukraynanın Odessa şəhərində yerləşən Dəniz Mühəndis Bürosu MDB məkanında gəmi layihələndirilməsi ilə məşğul olan ən tanınmış və nüfuzlu layihə təşkilatlarındandır. Bu günlərdə Dəniz Mühəndis Bürosunun baş direktoru Gennadi Yeqorov və baş konstruktoru Valeri Tonyuk Bakıda işgüzar səfərdədirlər. Səfərin məqsədi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq barədə danışıqlar aparmaq, ölkəmizdə gəmiqayırma sənayesinin perspektivləri ilə yaxından tanış olmaqdır.

ətraflı...
02.02.2016
Bütün ümidlərimizi doğruldacağınıza inanırıq

Əziz gənclər!

 

Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq fərmana əsasən, fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir.  Ulu öndərin gəncliyə  inam və etimadının təcəssümü olan bu fərmandan sonrakı illərdə  gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin olundu. Azərbaycan gəncliyinin və bütövlükdə ölkəmizin  mənafeyinə xidmət edən bu siyasət 2003-cü ilin oktyabrından möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

ətraflı...
02.02.2016
Rauf Vəliyev: “Gənclər mənim Gəmiçilikdə ən çox güvəndiyim qüvvədir”

2 fevral – Gənclər Günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Gəmiçilikdə çalışan gənclərlə və Dəniz Akademiyasının tələbələri ilə görüşüb.

ətraflı...
30.01.2016
Dəniz Akademiyasına beynəlxalq sertifikat veriləcək

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və onun struktur bölmələrinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması, o cümlədən müasir tələblərə uyğun sertifikatların alınması Gəmiçilik rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu istiqamətdə mütəmadi tədbirlər görülür və beynəlxalq qurumlarla müvafiq iş aparılır.

ətraflı...
29.01.2016
TBNM üzrə İşçi qrup Aktauda toplaşır

Bu gün Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclası keçirilir. 

ətraflı...
23.01.2016
Sınaq konteyner qatarı “Azərbaycan” gəmi-bərəsi ilə Bakıdan Aktau limanına yola salınmışdır

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə bərə keçidləri və quru yollarla hərəkət edən sınaq konteyner qatarı yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Azərbaycan” gəmi-bərəsi ilə Aktau limanına yola salınmışdır.

ətraflı...
22.01.2016
“Merkuri-1” istismardadır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin daha bir bərəsi – “Merkuri-1” gəmisi də Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunmuşdur.  Gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılmışdır.

ətraflı...
18.01.2016
Tariximizin qəhrəmanlıq səhifəsi

Xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında 1990-cı il 20 yanvar tarixinin özünəməxsus yeri var. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində  də silsilə tədbirlər keçirilir. Yanvarın 18-də Gəmiçiliyin akt zalında 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbiri Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının  xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsi ilə başladı.

ətraflı...
18.01.2016
Dənizçilərin fədakarlığı qiymətləndirilir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin alyans tərəfdaşı olan “BUE Caspian Ltd” şirkəti “Günəşli” yatağındakı 10 №-li platformada qəza zamanı fədakarlıq göstərmiş dənizçiləri mükafatlandırıb. Bu münasibətlə keçirilən mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “BUE Caspian Ltd” şirkətinin daxil olduğu “Topaz Energy and Marine” şirkətlər qrupunun icraçı direktoru Rene Kofod-Olsen də iştirak ediblər.

ətraflı...
15.01.2016
Ukrayna Transxəzər marşrutuna qoşuldu

Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) Avropadan Çinə qədər bir çox ölkələr maraq göstərir. 

ətraflı...
12.01.2016
Şimal-Cənub dəhlizi diqqət mərkəzindədir

Yanvarın 12-də Bakıda “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum-dialoq keçirilib. 

ətraflı...
11.01.2016
Gəmiçiliyə beynəlxalq sertifikat təqdim edildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində İSO beynəlxalq idarəetmə standartlarının tətbiqi və uyğunluq sertifikatlarının alınması istiqamətində atılan addımlar öz əməli nəticələrini verməkdədir.

ətraflı...
08.01.2016
Yük maşınlarının daşınması artmışdır

 

2015-ci ilin dekabr ayında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınmışdır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı. Bu da 10 dəfədən çox artım deməkdir.

ətraflı...
30.12.2015
Bayram təbriki

Əziz həmkarlar!

 

Sizi qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, firavan həyat, səadət, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13   14    15    16    17    18    19    20    21    22  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az