| | az | en | ru
XƏBƏRLƏR
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
19.05.2017
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb ...
18.05.2017
Dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS nümayəndələri Gəmiçilikdə ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
28.06.2016
Gəmiçilik rəhbərliyi gənclərə qayğı göstərir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Dəniz Akademiyasının təhsildə uğurlu nəticələri ilə fərqlənən məzunlarının işlə təmin olunmasına, karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə daim xüsusi diqqət yetirir. Regionda dənizçilik sahəsində yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin savadlı mütəxəssis kimi yetişməsi Gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır.

ətraflı...
28.06.2016
Gəmiçiliyin növbəti uğuru

 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Davamlı İnkişaf haqqında Hesabatı “Ernst & Young” şirkəti tərəfindən müstəqil auditdən keçərək, müsbət rəy alınmışdır. Gəmiçiliyin 2014-2015-ci illərdə iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini tapmışdır. AXDG-nin Davamlı İnkişaf haqqında Hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələbləri nəzərə alınaraq hazırlanmışdır. Bu proses 2015-ci ilin noyabrından başlanmış və sənəd 2016-cı ilin əvvəlində dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young”a təqdim edilmişdir.

ətraflı...
25.06.2016
25 iyun – Dənizçi günüdür

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 9 minlik kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunmuş 25 iyun – Dənizçi gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Peşə bayramına yeni əmək nailiyyətləri ilə gəlmək, görülmüş işləri və gələcək perspektivləri müzakirə etmək xoş bir ənənəyə çevrilib. Respublikamızda artıq 3-çü dəfə qeyd olunan bu Dənizçi günü də istisna deyil.

ətraflı...
25.06.2016
Peşə bayramınız mübarək!

Hörmətli həmkarlar!

Sizi “Dənizçi günü” peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

ətraflı...
21.06.2016
“Om” yedək-təchizat gəmisi təmirdən çıxdı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Om” yedək-təchizat gəmisinin “Bibiheybət” gəmi təmiri zavodunda dok təmiri yekunlaşıb. Gəmi doka qaldırıldıqdan sonra bütün gövdəsi təmizlənərək rənglənib, zəruri gövdə-qaynaq işləri aparılıb.

 

ətraflı...
11.06.2016
Daha 4 gəmimiz istismara verildi

İyunun 11-də Türkiyənin Yalova bölgəsində yerləşən “Tərsan” tərsanəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin aldığı daha 4 quru yük gəmisində - “Şair Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid” və “General Aslanov” gəmilərində bayraqqaldırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Rusiya və Türkiyənin gəmiçilik şirkətlərinin məsul şəxsləri, istismara verilən gəmilərin heyətləri və KİV nümayəndələri iştirak ediblər.

ətraflı...
10.06.2016
Gəmiçiliyin nümayəndələri “Poseydoniya-2016” sərgisində

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi sədrinin birinci müavini Zamiq İsmayılovun başçılığı ilə nümayəndə heyəti Yunanıstan paytaxtında “Poseydoniya-2016” sərgisində iştirak edir.

ətraflı...
07.06.2016
Təlimatçılara beynəlxalq sertifikatlar veriləcək

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dəniz Akademiyasının beynəlxalq əlaqələri genişlənməkdədir.

ətraflı...
01.06.2016
1 iyun – Beynəlxalq Uşaqları Müdafiə günüdür

1 iyun – bugünümüz və gələcəyimiz olan uşaqları müdafiə günü kimi bütün dünyada qeyd olunur. Bu barədə qərar hələ 1950-ci ildə BMT Baş Məclisinin təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında qəbul edilib. Bundan sonra həmin gün Beynəlxalq Uşaqları Müdafiə günü kimi tarixə düşüb.

ətraflı...
01.06.2016
“Caspian Oil & Gas” sərgisi işə başlayıb

Bu gün Bakı Ekspo Mərkəzində XXIII Beynəlxalq Xəzər Neft və Qaz sərgisi açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

ətraflı...
25.05.2016
Gəmiçilikdə görüş

Mayın 24-də Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində olub. Gəmiçiliyin sədri Rauf Vəliyevlə görüşdə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib.

ətraflı...
25.05.2016
ADDA Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına üzv olmaq niyyətindədir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına (BDUA) üzv olmağa hazırlaşır. Bu məqsədlə  BDUA-ya müvafiq qaydada müraciət edilib.

ətraflı...
20.05.2016
Berlində ATƏT-in iqtisadi konfransı keçirilib

Mayın 18-19-da Almaniya paytaxtında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının “Ticarət və investisiyalar üçün konnektivlik” mövzusunda iqtisadi konfransı keçirilib. Avrasiya məkanında iqtisadi əlaqələrin genişləndirilməsinə həsr olunmuş konfransda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini sədr müavini Fərhad Quliyev təmsil edib.

ətraflı...
17.05.2016
Transxəzər marşrutu fəaliyyətini genişləndirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin bu gün Tbilisidə keçirilən iclasında iştirak edib.

 

ətraflı...
16.05.2016
Gəmiçilikdə treninqlər davam edir

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində növbəti beynəlxalq treninqlər başlayır. Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan treninqlərin başlıca məqsədi işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və fəaliyyətin beynəlxalq tələblərə uyğun qurulmasıdır.

ətraflı...
 1    2    3    4    5    6    7    8    9    10   11    12    13    14    15    16    17    18    19    20    21    22  
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az