| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
05.10.2018
Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasının yenilənməsi uğurla davam etdirilir

 

Əsası 1949-cu ildə qoyulan Xəzər Dəniz Neft Donanmasının inkişafı Ümummilli Lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə hakimiyyətdə olduğu  illərdə daim diqqət mərkəzində olub. Məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə təkcə 1975-1980-ci illərdə Neft donanmasının tərkibinə 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər və digər gəmi növləri daxil edilib. Bununla da,  Xəzərdə ən böyük və unikal ixtisaslaşdırılmış donanmanın güclü təməli qoyulub.

 

Ulu Öndərin sarsılmaz iradəsi ilə həyata vəsiqə qazanan və layiqli davamçısı Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi yeni neft strategiyası Xəzər Dəniz Neft Donanmasının qarşısında da yeni üfüqlər açdı. Belə ki, “Əsrin müqaviləsi”  çərçivəsində nəzərdə tutulmuş bir sıra mühüm  işlərin yerinə yetirilməsində Xəzər Dəniz Neft Donanmasının kəşfiyyat, kran, təchizat, yedək gəmilərinin xidmətlərindən  geniş istifadə edilməyə başlandı, donanmanın sıralarına yeni gəmilər qatıldı. Son dövrlərdə “AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daxil edilən yeni “Qubadlı”, “Mərdəkan”, “Şüvəlan” və s təchizat-yedək gəmiləri  ölkə başçısının bu sahəyə olan xüsusi diqqətinin sübutudur.

 

Bu günlərdə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib.

 

“Zirə” adlı təchizat-yedək gəmisi ilə müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

 

Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir.

 

Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel gəminin dedveyti 1700, dartma qüvvəsi 75 tondur.

 

“Zirə” müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Onun texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə, hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

 

Qeyd edək ki, Gəmiçilik donanmalarının müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

 

Onu da deyək ki, “AXDG” QSC hazırda Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər