| | az | en | ru
XƏBƏRLƏR
11.10.2018
Gəmiçilik xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir ...
09.10.2018
“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb ...
08.10.2018
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübə keçməyə göndərir

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, işçilərin təlimləndirilməsi, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində mühüm layihələr reallaşdırılır.

 

“Columbia Shipmanagement Ltd” və  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan müqaviləyə əsasən, daha üç gənc dənizçi sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə üçün seçilib.

 

Onlardan biri - Emin Paşayev hazırda Dəniz Nəqliyyatı Donanmasında kapitanın III köməkçisi vəzifəsində çalışır, digər iki nəfər Pərviz Kərimli və  Yusif Talıbov isə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının builki məzunlarıdır.

 

Səfərə çıxmazdan öncə dənizçilər “AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşüblər. Sədr savadlı, peşəkar, beynəlxalq standartlara cavab verən bilik və bacarıqlara yiyələnmiş gənclərə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu deyib və onlara uğurlar arzulayıb.

 

Gənclər Gəmiçiliyin rəhbərliyinə diqqət, qayğı və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Emin Paşayev və  Yusif Talıbov  “Cape Tallin” (yükgötürmə qabiliyyəti – 42010, dedveyti – 73711 ton), Pərviz Kərimli “Cape Daly” (yükgötürmə qabiliyyəti – 8278 ton, dedveyti – 12755  ton) gəmilərində üç ay təcrübə keçəcəklər. Bu müddətdə gənclər nüfuzlu gəmiçilik şirkətinin gəmilərində müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcəklər, daha böyük gəmilərin iş prinsipi ilə yaxından tanış olacaqlar, dünyanın iri limanlarına getmək imkanı qazanacaqlar.

 

Layihə çərçivəsində gənclərin seçim prosesi xüsusi meyarlar əsasında “AXDG” QSC-nin və “Columbia Shipmanagement Ltd”-nin nümayəndələri tərəfindən aparılıb. Bu zaman iştirakçıların peşəkarlığı, işləmə prinsipi, xarici dil bilikləri və s əsas götürülüb.

 

 “Columbia Shipmanagement Ltd” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan müqaviləyə əsasən il ərzində 20 nəfərin bu layihədə iştirakı nəzərdə tutulub. Bundan öncə AXDG-nin iki əməkdaşı - Orxan Həsənov və Tural Əliyev layihədə iştiraklarını uğurla başa vurublar.

 

 “Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan  həyatının mühafizəsi və müxtəlif təyinatlı gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində  nümayəndəlikləri olan “Columbia Shipmanagement Ltd”-nin idarəçiliyində hazırda 1500-dən çox gəmi var. Onlardan 500-ü şirkətin özünə, qalanları isə müxtəlif ölkələrin şirkətlərinə məxsusdur.

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az

təkər kreditlə təkər continental baku michelin baku təkər satışı təkərlər