| | az | en | ru
XƏBƏRLƏR
24.04.2017
"Balakən" gəmi-bərəsinin sorağı yenə Xəzərin hər iki sahilindən gələcək ...
20.04.2017
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi konfrans öz işinə başlayıb ...
19.04.2017
Gəmiçiliyin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
20.04.2017
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi konfrans öz işinə başlayıb

Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi konfransı öz  işinə başlayıb. Daha savadlı, yüksəkixtisaslı və dünyagörüşlü gənc nəslin yetişdirilməsinə xidmət edən belə konfranslar tələbələri elmi yaradıcılığa həvəsləndirmək, öz fikirlərini  sərbəst və aydın ifadə etmək təcrübəsinə yiyələnmək baxımından da faydalıdır. 

 

ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zahid Şərifov giriş sözündə Ulu öndərin dəniz nəqliyyatı sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açdı və  Heydər Əliyevin  ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illəri gəmiçiliyin  sürətli inkişafı dövrü  kimi səciyyələndirdi.

 

ADDA-nın tədris işləri üzrə prorektoru, professor Faiq Nağıyev məruzəsində belə elmi tədbirlərin əhəmiyyətini, elm və təhsilin gənclər üçün gələcəyə açılan qapı olduğunu vurğuladı.

 

Akademiya rektorunun müşaviri, dosent Vüqar Sadıqov dahi şəxsiyyətin gəmiçiliyə verdiyi böyük töhfələrdən bəhs  etdi. O, Ulu öndərin  dəniz nəqliyyatı ilə bağlı siyasətinin prezident İlham Əliyev tərəfindən  bu gun uğurla davam etdirildiyini  faktlarla əsaslandırdı.

 

Akademiyanın əlaçı tələbələrindən olan Mahmud  Süleymanlı “Azərbaycan gəncliyinin Heydər Əliyev dövrü” adlı məruzəsində  Ümumilli liderin gənc nəslə qayğısından söhbət açdı.

 

Daha sonra elmi konfrans işini bölmələr üzrə davam etdirdi.  6 bölmədə 100-ə yaxın  məruzə dinlənildi. Konfrans işini aprelin 21-də yekunlaşdıracaq. Hər bölmədə ilk 3 yeri  tutan qaliblər  müvafiq diplomlarla təltif olunacaqlar.  Birinci yerin qalibləri isə, diplomlarla yanaşı, müvafiq fənlərdən imtahan qabağı  50 bal ilə mükafatlandırılacaqlar.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az