| | az | en | ru
XƏBƏRLƏR
27.03.2017
Üçtərəfli memorandum imzalanıb ...
27.03.2017
Qazaxıstanın Kurık limanından Azərbaycana ilk yük göndərilib ...
17.03.2017
Eviniz işıqlı, süfrələriniz bərəkətli olsun! ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
17.03.2017
Gəmiçilik 3350 qaçqın və məcburi köçkün ailəsini bayram sovqatı ilə sevindirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC erməni təcavüzü nəticəsində doğma ocaqlarından didərgin düşmüş  soydaşlarımıza diqqət və qayğısını heç vaxt əsirgəməyib. Dənizçilər həmişə olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin himayəsində olan məcburi köçkün ailələrinə baş çəkiblər. Əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və  Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşan 3350  qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb.

 

Gəmiçiliyin nümayəndələrinin məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində  qaçqın və məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıdacaqlarına inam ifadə edilib, bayram arzuları dilə gətirilib.

 

Torpaqlarımızın erməni işğalı nəticəsində ev-eşiyindən didərgin düşən  həmvətənlərimiz daimi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dənizçilərə aydın səma altında uğurlu səfərlər arzulayıblar.

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az