| | az | en | ru
XƏBƏRLƏR
27.03.2017
Üçtərəfli memorandum imzalanıb ...
27.03.2017
Qazaxıstanın Kurık limanından Azərbaycana ilk yük göndərilib ...
17.03.2017
Eviniz işıqlı, süfrələriniz bərəkətli olsun! ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
17.03.2017
Eviniz işıqlı, süfrələriniz bərəkətli olsun!

Sizi -  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün işçilərini əsrlərin sınağından uğurla çıxan, qəlblərdə ən ülvi, ən saf duyğular oyadan Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, səadət və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar  arzulayıram.

 

Minilliklər boyu formalaşmış adət-ənələrimizi qoruyaraq milli varlığımızın rəmzinə çevrilən Novruzu belə böyük sevinclə qarşılamağımız səbəbsiz deyil. Nəciblik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərləri ilə insanları bir-birinə doğmalaşdıran Novruz həm də onların aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inamını möhkəmləndirir. 

 

Rəsmən yasaq edildiyi dövrlərdə belə, xalqımız ulularımızın əvəzsiz yadigarı olan bu bayramdan imtina etməmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək: ”Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir.”

 

Ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra isəxalqımızın tarix boyu əziz tutduğu  Novruz Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik təqvimə daxil olmuşdur. YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına  daxil edilməsi isə insanlar arasında dostluq, qardaşlıq duyğularını gücləndirməklə, cəmiyyətdə əmin-amanlığın  bərqərar olmasına zəmin yaradan  Novruzun ən ali keyfiyyətləri özündə birləşdirdiyini bir daha təsdiq edir.

 

Baharın gəlişi ilə dənizlərdə də həyat qaynayır. Havaların əlverişli keçməsi yükləri mənzil başına daha tez çatdırmaq, səfərləri daha uğurla başa vurmaq imkanı yaradır. Əminəm ki,  dənizçilərimiz  təbiətin yaratdığı bu imkandan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illərdə bütün sahələrdə misilsiz uğurlar qazanan müstəqil Azərbaycanımızın  iqtisadi qüdrətinin artırılmasına daha sanballı əmək töhfələri vermək üçün yararlanarlar. 

 

Əziz dostlar!

Arzu edirəm ki, böyük sevinc və ürək genişliyi ilə qarşıladığımız Novruz  Odlar Yurduna əbədi səadət, hər evə, hər ailəyə xoşbəxtlik gətirsin. Eviniz işıqlı, süfrələriniz bərəkətli, yolunuz açıq olsun!

 

                                                                                                                                              

                                                          Rauf  VƏLİYEV,

                              “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

                               Qapalı Səhmdar Cəmiyyətinin sədri 

 

                                                                                                                               

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az