| | az | en | ru
XƏBƏRLƏR
19.01.2017
20 Yanvar tariximizin şərəf və qəhrəmanliq səhifəsidir ...
17.01.2017
Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib ...
12.01.2017
“Akademik Zərifə Əliyeva” gəmi-bərəsi sahilə yan almaq üzrədir ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
11.01.2017
Gəmiçiliyin rəhbərı Azərbaycan Dənizçilik Kollecində gələcəyin dənizçiləri üçün yaradılan şəraitlə tanış olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində olub.

 

Gəmiçiliyin rəhbəri aparılan təmir və bərpa  işlərindən sonra kollecdə gələcəyin dənizçiləri üçün yaradılan şəraitlə yaxından tanış olub.

 

Kollecdə 9 və 11 illik təhsil əsasında dənizçi peşəsinə yiyələnmək mümkündür. Təhsil ocağında eyni zamanda ixtisasartırma kursları da təşkil edilir və kursları uğurla bitirən gənclərə müvafiq sertifikatlar verilir. 

 

Gəmiçiliyin rəhbəri “Gəmi daxiliyanma mühərrikləri, gəmi təmirinin təşkili” fənni üzrə imtahan prosesini də izləyib. Tələbələr imtahanı kənar müdaxilə olmadan - kompüter vasitəsi ilə verirlər. Sədr Rauf Vəliyev kurs iştirakçılarının təhsili ilə də maraqlanıb.

 

Daha sonra kollecin idman meydançasına baxış keçirilib.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2016-cı ildən Gəmiçiliyin tabeliyinə verilən bu təhsil ocağı əvvəllər “Dəniz Balıq Sənayesi Kolleci” kimi fəaliyyət göstərib.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az