| | az | en | ru
XƏBƏRLƏR
24.02.2017
İtaliyalı iş adamları Gəmiçilikdə ...
24.02.2017
Hər bir gəmiçi dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmalıdır ...
23.02.2017
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
06.01.2017
“Qurban Abasov” kran gəmisinin icarəyə verilməsinə dair danışıqlar aparılır

Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti “Qurban Abasov” kran gəmisini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürmək istəyir. Bunun üçün Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlanılıb.

 

“AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə qonaqlar gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər. Sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar olunması nəzərdə tutulur.

 

Söhbət zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, “Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az