| | az | en | ru
XƏBƏRLƏR
24.02.2017
İtaliyalı iş adamları Gəmiçilikdə ...
24.02.2017
Hər bir gəmiçi dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmalıdır ...
23.02.2017
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
01.01.2017
Axtarış–xilasetmə Qərargahının məlumatı

 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Hazırda axtarış – xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyinin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirlir. Mövcud hava şəraitinin kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyini nəzərə alaraq, Qərargah tərəfindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilərin həmin əraziyə cəlb edilməsi təmin edilmişdir. Eyni zamanda hava şəraiti ilə əlaqədar olaraq, mütəxəssislərin rəyinə əsasən Qərargah tərəfindən sahilboyu ərazilərdə axtarış – xilasetmə tədbirlərinin intensiv şəkildə davam etdirilməsi barədə müvafiq təlimat verilmişdir.

 

Xatırladaq ki, axtarışlar uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirilir.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az