| | az | en | ru
XƏBƏRLƏR
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
19.05.2017
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb ...
18.05.2017
Dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS nümayəndələri Gəmiçilikdə ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
30.12.2016
Bayram təbriki

Əziz həmkarlar!

 

Sizi qarşıdan gələn bayramlar – xalqımızın milli və mənəvi birliyini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Yola saldığımız il yaddaşımızda dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması, milli və dövlətçilik maraqlarının yüksək səviyyədə təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir çox layihələrin uğurla başa çatdırılması kimi mühüm hadisələrlə yadda qalacaq. 2016-cı il əlverişli coğrafi mövqeyə malik pespublikamızın tranzit potensialının inkişaf etdirilməsi baxımından da əlamətdar oldu. Başa çatmaqda olan il həm də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyevin layiqincə davam etdirdiyi kursun alternativsizliyini bir daha təsdiq etdi.

 

2016-cı il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün də uğurlu oldu. Gəmiçiliyin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müstəqil Azərbaycanın üçrəngli bayrağı altında üzən gəmilərimizin dünya sularında möhkəmlənməsi, donanmalarımızın daha müasir gəmilərlə zənginləşdirilməsi, Bakı Gəmiqayırma Zavoduna hər biri 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TIR) tutumlu unikal Ro-Pax/Bərə tipli iki bərənin və iki tankerin tikintisinin sifariş edilməsi kimi çox  xoş hadisələrin sevincini sizinlə birgə yaşadıq.

 

Dövlət başçımızın iyunun 24-də imzaladığı Sərəncamlarla 1 nəfərin Azərbaycanın Əməkdar mühəndisi, 2 nəfərin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi, 9 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi isə Gəmiçiliyin bütün kollektivinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi idi.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin noyabrın 18-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisi, “Gəncə” tankeri və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimində iştirakını hədsiz sevinclə qarşılayan kollektivimiz, dahi rəhbərimizin tapşırıq və tövsiyələrini də gələcək üçün fəaliyyət proqramı kimi qəbul etdi.

 

Əminəm ki, kollektivimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və ölkə həyatının bütün sahələrində daha böyük yüksəlişi təmin edəcək yeni islahatlar konsepsiyasını Yeni ildə əməli işi ilə dəstəkləyəcək, dəniz nəqliyyatı qarşısında qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artmasına sanballı töhfə verəcək.    

 

Əziz həmkarlar!

 

2017-ci ildə süfrələriniz bərəkətli, üzünüz gülər, yolunuz açıq olsun!

 

Rauf Vəliyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az