| | az | en | ru
XƏBƏRLƏR
24.02.2017
İtaliyalı iş adamları Gəmiçilikdə ...
24.02.2017
Hər bir gəmiçi dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmalıdır ...
23.02.2017
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
19.12.2016
Axtarış-xilasetmə Qərargahının məlumatı

 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış – xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.

 

Hazırda hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü  axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib və bununla əlaqədar olaraq, adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılmaqdadır.

 

Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilməkdədir.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az