| | az | en | ru
XƏBƏRLƏR
28.06.2016
Gəmiçiliyin növbəti uğuru ...
25.06.2016
25 iyun – Dənizçi günüdür ...
25.06.2016
Peşə bayramınız mübarək! ...
Xəbərlərin arxivi

Media Xəbərlər arxivi
12.02.2016
İkinci sınaq qatarı Bakıdan yola salınır

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci sınaq qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Ərzaq məhsulları və metal məmulatlar yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir.

 

Konteyner qatarının 31 vaqonu bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Qarabağ” bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək.

 

Xatırladaq ki, birinci sınaq qatarı yanvarın 15-də İliçevskdən çıxmış, yanvarın 22-də Xəzər Dəniz Gəmiçiliyinin “Azərbaycan” bərəsi ilə yola salınmış və yanvarın 23-də Aktauya çatdırılmışdı. Bu zaman heç bir ləngiməyə yol verilməmişdi. Daha sonra Qazaxıstan ərazisi ilə hərəkət edən qatar yanvarın 31-də Çində səfərini başa vurmuşdu. Ukrayna hökuməti yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətini daha da sürətləndirmək məqsədi ilə Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıqlar aparıb və ikinci sınaq qatarının Çinə 10 günə çatdırılmasını qarşıya məqsəd qoyub. 

 

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az