| | az | en | ru
XƏBƏRLƏR
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
19.05.2017
Dəniz Akademiyasının akkreditasiyası yekunlaşıb ...
18.05.2017
Dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS nümayəndələri Gəmiçilikdə ...
Xəbərlərin arxivi

Xidmətlər Gəmi təmiri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmi təmiri imkanları genişdir. Dok təsərrüfatı və sahil gəmi təmiri vasitələrinə malik “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında tankerlərin, universal quru yük, sərnişin və yedək gəmilərinin, gəmi-bərələrin, üzən qazma qurğularının təmiri yüksək keyfiyyətlə həyata keçirilir. Yüksəkixtisaslı mütəxəssislər bütün mürəkkəb təmir əməliyyatlarının öhdəsindən bacarıqla gəlirlər.

 

Zavodlarda habelə gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması, dalğıc və sualtı hidrotexniki işlər, gəmilərin doka qaldırılaraq sualtı gövdə, sükan və vintlərinin yoxlanılması, onların təmizlənməsi və rənglənməsi, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmiri, ASV tipli nəfəs aparatlarına texniki xidmətin göstərilməsi və s. bu kimi işlər həyata keçirilir.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az