| | az | en | ru
XƏBƏRLƏR
29.04.2017
Gəmiçiliyin kollektivi iməcilik keçirib ...
28.04.2017
Azərbaycan Dövlət Dəniz Akademiyasını əla qiymətlərlə bitirən tələbələr iş axtarmayacaqlar ...
28.04.2017
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi axtarır ...
Xəbərlərin arxivi

Xidmətlər Offşor xidmətlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Dənizdə neft hasilatı ilə bağlı işlərin təmin edilməsi üçün "AXDG" QSC-nin sərəncamında 188 gəmi, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisi və 84 xidməti və köməkçi gəmi vardır:

Kran gəmiləri - 25 tondan 2500 tonadək yükqaldırma qabiliyyətli kranların quraşdırıldığı gəmilər;

Təchizat-yedək gəmiləri – özühərəkətetməyən gəmilərin, üzən qazma qurğularının, stasionar platformaların yedəyə alınmasını, dəniz özülləri və qazma qurğularını yanacaq-sürtkü materialları, içməli su, ərzaq məsulları və s. ilə təmin edən universal gəmilər;

Sərnişin gəmiləri – neftçiləri Neft Daşlarına, Bakıdan uzaq məsafədə yerləşən dəniz özüllərinə daşıyan 600 yerlik sərnişin gəmiləri və sahil rayonlarında növbənin dəyişdirilməsini təmin edən kiçik sərnişin katerləri;

Borudüzən gəmilər – dənizin 300 metrədək dərinliyində sualtı boru kəmərlərinin çəkilişini və təmirini həyata keçirən gəmilər;

Dalğıc gəmiləri – 300 m dərinliyə enə bilən dalğıc qurğulu gəmilər və dalğıc katerləri;

Yanğınsöndürən gəmilər – neft-qaz hasilatı və qazma rayonlarında yanğından mühafizə xidmətini həyata keçirən gəmilər;

Tankerlər – içməli suyun, metanolun, yanacaq-sürtkü materiallarının daşınmasını təmin edən gəmilər;

Barjlar – 2000 tondan 15000 tonadək yükgötürmə qabiliyyətinə malik üzən vasitələr.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az