| | az | en | ru
XƏBƏRLƏR
20.02.2017
“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir ...
17.02.2017
Dəniz nəqliyyatı ilə daşımalar artıb ...
10.02.2017
“Dağıstan” bərəsi modernləşdirilir ...
Xəbərlərin arxivi

Xidmətlər Daşımalar

MAYE YÜK DAŞIMALARI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyini qoruyub saxlayan donanmalardan biridir. Hövzədə öz rolunu və yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmamız son illərdə yeni gəmilərlə zənginləşir. 2003-cü ildən etibarən 2 ədəd 8000 tonluq “Professor Əziz Əliyev” tipli, 1 ədəd 12000 tonluq “Cabbar Həşimov” və 7 ədəd 13000 tonluq “Prezident Heydər Əliyev” tipli tankerlərlə nəqliyyat donanmasının yükdaşıma qabiliyyəti artırılmışdır. Gələcək illərdə tanker donanmasının daha da yeniləndirilməsi planlaşdırılır. Maye yük daşıyan gəmilərimiz Aktau (Qazaxıstan), Türkmənbaşı, Alaca, Oğuzxan, Kiyanlı (Türkmənistan), Mahaçqala (Rusiya), Ənzəli, Nouşəhr, Neka, Fereydun – Kənar, Əmirabad (İran) limanlarından yüklərin idxal və ixracını həyata kecirir. Yükdaşımaların əksər hissəsi Aktau – Bakı (Dübəndi, Səngəçal) və Türkmənistan – Bakı (Dübəndi, Səngəçal) istiqamətlərində nəql edilən neft və neft məhsullarının payına düşür. Böyük İpək yolunun bərpası və “Əsrin müqaviləsi”nin nəticəsi olan ”Bakı – Tbilisi – Ceyhan” neft boru kəmərinin işə düşməsi yuxarıda göstərilən istiqamətlərdə daşınan maye yüklərin həcminin sürətlə artmasına səbəb olmuşdur.


QURU YÜK DAŞIMALARI

“AXDG” QSC-nin quru yük gəmiləri Xəzəryanı ölkələrin limanları arasında müntəzəm səfərlər edir. Quru yuklərin daşınmasına 8 ədəd “Nizami” tipli, 2 ədəd “Teymur Əhmədov” tipli, habelə “Maestro Niyazi” və “Mahmud Rəhimov” gəmiləri cəlb olunmuşdur.

Gəmilərin işlədiyi əsas istiqamətlər Bakı – Türkmənbaşı – Bakı, Bakı – Aktau –Bakı, Bakı – Əmirabad – Bakı, Bakı – Aktau – Əmirabad, Aktau – Əmirabad – Aktau, Aktau – Əmirabad – Bakı xətləridir. Bu istiqamətlərdə taxıl, sement, konteyner, klinker, boru, polipropilen, dəmir qırıntısı və s. daşınır.

“Nizami” tipli gəmilər əsasən İran İslam Respublikasının Əmirabad limanından Bakı limanına klinker yükünün daşınmasında, “Teymur Əhmədov” tipli gəmilər, “Maestro Niyazi” və “Mahmud Rəhimov” gəmiləri Qazaxıstan Respublikasının Aktau limanından Əmirabada taxil yükünün və Əmirabad limanından Aktauya sement və Bakıya klinker yükünün daşınmasında iştirak edir. Boru yükləri Aktau – Bakı, konteynerlər isə Bakı – Türkmənbaşı istiqamətlərində daşınır.


BƏRƏ VƏ RO-RO DAŞIMALARI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər hövzəsində gəmi-bərə donanmasına malik olan yeganə şirkətdir. Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizində dəmiryol vaqonları və sərnişinlər, eləcə də avtomobillər 7 ədəd “Dağıstan” tipli (28 vaqon götürən) bərələr, 4 ədəd “Akademik Zərifə Əliyeva” tipli (52 vaqon götürən), 2 ədəd “Bərdə” tipli (54 vaqon götürən), habelə 2 ədəd “Bəstəkar Qara Qarayev” tipli Ro-Ro gəmiləri ilə Bakı – Aktau – Bakı və Bakı – Türkmənbaşı – Bakı istiqamətlərində daşınır. Daşınan yüklər əsasən neft və neft məhsulları, ərzaq və kənd təsərrüfatı məhsulları, tikinti materialları və s. ibarətdir.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az