| | az | en | ru
XƏBƏRLƏR
29.04.2017
Gəmiçiliyin kollektivi iməcilik keçirib ...
28.04.2017
Azərbaycan Dövlət Dəniz Akademiyasını əla qiymətlərlə bitirən tələbələr iş axtarmayacaqlar ...
28.04.2017
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi axtarır ...
Xəbərlərin arxivi

“Qaynar xətt” əlaqə mərkəzi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Qaynar xətt” əlaqə mərkəzi Cəmiyyətin işçiləri və digər maraqlı şəxslər tərəfindən Cəmiyyətin vəzifəli şəxslərinin və digər şəxslərin hərəkətlərinin qanuna və ya etika qaydalarına uyğun olub-olmamasına dair şübhələr, Cəmiyyətin biznes etikasına və korrupsiya ilə mübarizəyə dair müvafiq daxili sənədinin normalarına riayət edilməməsi barədə əsaslı şübhələr, habelə Cəmiyyətə və ya onun işçilərinə maddi zərər və ya onların işgüzar nüfuzuna ziyan vura biləcək digər pozuntular haqqında xüsusi məlumatlandırma vasitəsidir.

 

“Qaynar xətt”in telefon nömrəsi: (012) 404-39-00

 

“Qaynar xətt”ə müraciətlər iş vaxtı (saat 09.00-18.00) məsul şəxs tərəfindən qəbul edilir. İş vaxtından sonra edilmiş zənglər isə avtomatik rejimdə “Qaynar xətt” əlaqə mərkəzinin yaddaş daşıyıcısına yazılır.

     

Zəng edənlərdən ehtimal edilən pozuntunun baş verdiyi sahə və qısa təsviri, potensial günahkar və ya əlaqəli şəxsin, həmçinin pozuntudan xəbəri olanın, məlumatı təsdiq edə bilənin vəzifələri, adları və soyadlarını bildirmələri xahiş olunur. Bu, məlumatların daha tez araşdırılmasına  imkan verəcək. Məlumat verən kimliyini gizlətməməli, araşdırmanın nəticələri və görülən tədbirlər onun üçün maraqlı olduğu halda əlaqə nömrələrini bildirməlidir. Cəmiyyət öz səlahiyyətləri və imkanları çərçivəsində pozuntu haqqında məlumat verən şəxsin və məlumatın məxfiliyini təmin edir.

 

“Qaynar xətt”dən qəsdən yanlış məlumatların, iftiraların və sair yayılması, qisas və ədalət, Cəmiyyətin məqsədlərinin ziddinə şəxsi maraqlara nail olunması, məişət və kadr problemlərindən şikayətlər, həmçinin stress və digər vəziyyətlərdə psixoloji yardım,  Cəmiyyətin işçilərinin, onların yaxınlarının həyatına, sağlamlığına qarşı təhdid və təhqirlər, reklam xarakterli məlumatın yayılması, Cəmiyyətin fəaliyyətinə aid olmayan məlumatların yönəldilməsi, “Qaynar xətt” əlaqə mərkəzinin təyinatına zidd olan digər oxşar məqsədlər üçün istifadə etmək yolverilməzdir.

 

“Qaynar xətt” əlaqə mərkəzinə məlumatlar anonim təqdim edildikdə, alınan məlumatı dəqiqləşdirmək və məlumat verən şəxslə gələcəkdə qarşılıqlı əlaqəni qurmaq mümkün olmadığına görə bu cür məlumatlarla bağlı xidməti araşdırma aparılmaya bilər.

 

Zəng edin! Haqlısınızsa, biz həmişə sizinləyik.

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az