| | az | en | ru
XƏBƏRLƏR
28.02.2017
Gəmiçiliyin nümayəndəsi Pekində “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumunda təqdimatla...
24.02.2017
İtaliyalı iş adamları Gəmiçilikdə ...
24.02.2017
Hər bir gəmiçi dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmalıdır ...
Xəbərlərin arxivi

Şirkət Struktur “Zığ” Gəmi Təmiri Zavodu

“Zığ” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. Zavod həmçinin gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, dalğıc və sualtı hidrotexniki işləri, gəmilərin doka qaldırılaraq, sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmirini, ASV tipli izolyasiya edən nəfəs aparatlarına texniki xidmət göstərilməsini və həmin aparatların təmirini həyata keçirir.

 

Zavodun strukturuna Mexaniki-təmir, Gövdə-qaynaq, Tərsanə, Təmizləmə-rəngləmə bölmələri, Enerji-mexaniki xidmət, Ağac emalı, Tökmə və Elektrik-quraşdırma sahələri daxildir.

 

Direktor: Mikayılov Rəfail Qərib oğlu

Ünvan: AZ1027, Bakı şəh, Zığ şossesi, məhəllə 2236

Telefon: (+994 12) 379 03 12

Faks: (+994 12) 379 03 12

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az