| | az | en | ru
XƏBƏRLƏR
20.02.2017
“Şamaxı” gəmisinin təyinatı dəyişdirilir ...
17.02.2017
Dəniz nəqliyyatı ilə daşımalar artıb ...
10.02.2017
“Dağıstan” bərəsi modernləşdirilir ...
Xəbərlərin arxivi

Şirkət Struktur Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycanda dənizçilik təhsilinin bünövrəsi 1881-ci ilin noyabrında qoyulub. 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında Bakı Uzaq Səfərlər Məktəbi təşkil edilib. Sonralar Bakı Dənizçilik Texnikumu kimi fəaliyyət göstərən təhsil ocağı 1944-cü ildən Bakı Dəniz Yolları Məktəbi adlandırılıb. 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 1996-cı il 91 saylı qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb.

Akademiyada 3 fakültə, 16 kafedra fəaliyyət göstərir:

“Dəniz texnikası və texnologiyası” fakültəsi:

Bakalavr səviyyəsində:
• “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”
• “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”
• “Nəqliyyat tikintisi mühəndisliyi”

Magistratura səviyyəsində:
• “Dəniz texnikası və texnologiyası mühəndisliyi”
• “Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi”

“Dəniz naviqasiyası və menecmenti” fakültəsi:

Bakalavr səviyyəsində:
• “Naviqasiya mühəndisliyi”
• “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” (su nəqliyyatı üzrə)
• “Nəqliyyat servisi”
• “Menecment”

Magistratura səviyyəsində:
• “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili” (su nəqliyyatı üzrə)
• “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”

“Elektromexanika və radioelektronika” fakültəsi:

Bakalavr səviyyəsində:
• “Elektrik mühəndisliyi”
• “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”
• “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”

Magistratura səviyyəsində:
• “Elektrik mühəndisliyi”
• “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”

Akademiyada 96 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Onlardan 10-u elmlər doktoru, professor, 20-si elmlər namizədi, dosent, 35-i baş müəllim və 31-i assistentdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2010-cu il tarixli 235 nömrəli qərarı ilə ADDA-da aşağıda göstərilən ixtisaslar üzrə doktorantura açılmışdır:

• “Gəmiçilik texnikası”
• “Su nəqliyyatının istismarı və gəmiçilik”
• “Gəmiqayırma və gəmi təmiri texnologiyası”

Son ildə həmin ixtisaslara 11 doktorant və 3 dissertant qəbul olmuşdur.

Tələbələrin kamil mütəxəssis kimi yetişməsində təcrübənin rolu böyükdür. Buna görə onların gəmilərdə tədris, istehsalat və üzmə təcrübələrinə xüsusi diqqət yetirilir. Dəniz Akademiyasında tədrisin təkmilləşdirilməsinə, elm və istehsalatla əlaqəsinə də fikir verilir. Burada Elmi-Tədqiqat şöbəsi, Tələbə-Elmi Cəmiyyəti fəaliyyət göstərir.

Azərbaycan Dövlət Dəniz  Akademiyası Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınıb, onun təşəbbüsü ilə dünya ali dəniz təhsili sisteminə daxil edilib. ADDA MDB və xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dəniz Akademiyası yanında elmi-metodik Şuranın üzvüdür. Azərbaycan Dövlət Dəniz  Akademiyasının verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır.

Rektor: Əliyev Çingiz Mansur oğlu
Ünvan: Bakı şəhəri, AZ1000, Zərifə Əliyeva küç. 18
Telefon: (+99412) 493 75 21, 493 09 63
Faks: (+99412) 493 75 21
www.adda.edu.az
E-mail: akademiya@adda.edu.az

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az