| | az | en | ru
XƏBƏRLƏR
26.05.2017
Dənizçilər könüllü qan veriblər ...
23.05.2017
Rusiyaya məxsus torpaqsoran gəmi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunur ...
22.05.2017
Apreldə dənizlə daşımaların həcmi artıb ...
Xəbərlərin arxivi

Fərhad Tofiq oğlu Quliyev - Sədrin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini

Fərhad Tofiq oğlu Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə  diplomu ilə bitirmişdir.

 

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlamış, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilmişdir. 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışmış, 2012-ci ildən şirkətin  Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olmuşdur.  

 

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2014-cü il tarixli Sərəncamı ilə Fərhad Tofiq oğlu Quliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilmişdir.

 

Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz

Copyright © 2016. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.

 

Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az